Xəbər - Ləman Zeynalova – Trend:
Xəzər dənizi regionunda ən əsas məqsəd hasilat və karbon neytrallığı sferalarına investisiyaları dəstəkləməkdir.
Bunu Trend-ə “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.
Onun sözlərinə görə, Xəzər ölkələrinin hökumətləri hər iki investisiya axınının dəstəklənməsi üçün vergi stimullarını təmin etməlidir:
“Regional hökumətlər iri beynəlxalq investorların karbon qazı tullantılarının sıfır səviyyəsinə endirilməsi ilə bağlı ambisiyalarını daha çox dəstəkləməyə başlayıb. Bu tələblərə yeni irimiqyaslı layihələr cavab verməlidir. Regional karbonsuzlaşma da iri şirkətlərin portfelinə daxildir. Onlardan bəziləri artıq günəş və külək enerjisi sahələrində layihələrini işə salıb”.
E.Şerman qeyd edib ki, 2000-2020-ci illərdən fərqli olaraq bundan sonra regionda irimiqyaslı yeni layihələrin icrası gözlənilmir.
(Tərcümə: Orxan Nəbiyev)