Xəzər dənizi regionu enerji ehtiyatları tədarükünün
təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır.
Trend-in məlumatına görə, bunu bp şirkətinin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons
Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
O qeyd edib ki, neft-qaz ehtiyatlarına hələ onilliklər boyunca
tələbat olacaq. Bundan başqa, bu gün “təmiz” enerjiyə tələbat var,
layihələr reallaşdırılır və investisiyalar qoyulur.
Q.Cons əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” yatağında ACE
platformasının istismara verilməsi planlaşdırılır.
“Neft-qaz ehtiyatlarının maksimal hasilat həcminin əldə olunması
üçün müasir texnologiyalar tətbiq olunur. Bu platformada müasir
texnologiyalar zərərli tullantıların, xüsusilə metanolun həcmini
azaltmağa imkan verəcək”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)