Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri davamlı ziyarət olunur (FOTO)

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir.

Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Xəzər rayonunda da şəhid və qazi ailələrinin mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatı tərəfindən mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, onların qayğıları ilə maraqlanılır.

20 may 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Qədirov Emin Asif oğlunun ailəsində olmuş, onların problem və qayğıları ilə maraqlanmışlar. Daha sonra Zirə qəsəbəsindəki məzarlıqda uyuyan Şəhidlərin məzarını ziyarət etmişdilər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan E.Qədirovun ailə üzvlərinə başsağlığı vermiş və xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.

Qeyd edək ki, Qədirov Emin Asif oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə“ medallarla təltif edilmişdir.

Şəhid Emin Qədirovun döyüş yolundan söz açan ailə üzvləri övladlarının qəhrəmanlığından qürur hissi keçirdiklərini, onunla fəxr etdiklərini dilə gətirib, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

Teqlər: