Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının
99-cu ildönümü münasibətilə rayon tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider
Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb,
xatirəsini ehtiramla yad ediblər.

10 may 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və
Mərdəkan Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə keçirilən
tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Soltan
Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, rayonun
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər,
təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon
ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar Mədəniyyət Sarayının foyesində Ulu Öndər
Heydər Əliyevin doğum gününə həsr olunmuş sərgi ilə tanış oldular.
Sərgidə rayonun gənc rəssamları tərəfindən 44 günlük şanlı Zəfər
tariximizə, ordumuzun şücaətli əsgərlərinə, Qarabağa həsr olunmuş
rəsm əsərləri nümayiş olunub.

Sərgidən sonra tədbir iştirakçıları müasir Azərbaycanın qurucusu
olan unudulmaz lider Heydər Əliyevə həsr olunmuş “Vətənə könül
verən” adlı filmə tamaşa ediblər.

Tədbir sonda Respublikanın bir çox tanınmış gənc mədəniyyət və
incəsənət nümayəndələrinin ifasında ümummilli lider Heydər Əliyevə
həsr olunmuş mahnılarla davam etmişdir.

Teqlər: