Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla ağacəkmə aksiyası keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xəzər rayonunun Türkan qəsəbəsində baş tutan ağacəkmə aksiyasında 800 ədəd müxtəlif növ ağaclar əkilib, suvarılıb və aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, başçının müavinləri, Aparatın məsul işçiləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil və səhiyyə müəssisələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və gənc könüllülər iştirak ediblər.
Həmçinin, aksiya çərçivəsində rayonun bütün qəsəbələri əhatə olunmaqla, park və xiyabanlarda da ağac və gül kollarının əkilməsi işləri görülüb.