Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirilib

Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı
ümumrayon iməcliyi keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin
təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2
aprel 2022-ci il tarixində səhər saatlarından etibarən rayon
ərazisində təmizlik işlərinin həyata keçirilməsinə
başlanılmışdır.

Trend xəbər verir ki, iməcilik zamanı ərazidə mövcud olan
çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında
ərazidən götürülməsi, ağac və kollarda yaşıl budamanın aparılması
işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün
zərərli olan müxtəlif məişət və polietilen tullantılarından
təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat
vasitələri ilə ərazilərdən daşınmış. Xüsusi ehtiyac olan yerlərə və
yol kənarlarına yeni ağac və gül kolları əkilmişdir.

Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki
kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, reklam
lövhələri, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə
digər təmizlik və dezinfeksiya işləri görülmüşdür.

Həmçinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara
müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər
obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında
təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq
tədbirlər görülmüşdür.

Ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı
Birliyinin, ayrı-ayrı idarə-müəssisə və təşkilatların əməkdaşları
iştirak etmişdir.

Teqlər: