Azərbaycan Respublikasının Baş nazirinin “Əhalinin kütləvi
toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə
biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və
çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı
tədbirlər” haqqında Sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin
tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə
hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət
göstərən ictimai-iaşə obyeklərində maarifləndirici monitorinqlərin
aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi
qruplar yaradılmışdır.
Xəzər Rayon İcra Hakimiyyətinin, qəsəbə inzibatı ərazi dairəsi
üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, sahə müvəkillərinin,
Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayon Texniki
İstismar Xidmətinin, 4 saylı Ərazi Yanğına Nəzarət İdarəsinin və
Mənzil İstimar Sahələrinin məsul nümayəndələrindən ibarət
yaradılmış xüsusi qruplar tərəfindən rayon ərazisində fəaliyyət
göstərən ictimai-iaşə obyeklərində maarifləndirici monitorinqlərin
aparılmasına başlanılmışdır.
İlk növbədə işçi qruplar tərəfindən obyektlərin mətbəx və digər
sahələrinə baxışlar keçirilmiş, orada olan qaz balonları və digər
qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər
sistemlərin vəziyyəti araşdırılmış, təhlükəsizlik texnikası
qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlələ
bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər
aparılmışdır.
Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində
öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının
alınması və burada çalışan işçilərininin maarifləndirilməsidir.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində
mütəmadi olaraq monitorinqlərin keçirilməsi nəzərdə tutulub.