22.04.2021-ci il tarixində Xəzər rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətindən AzerTimes-a bildirilib ki, konfransda Respublika Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Raif Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov və bir qrup rayon ağsaqqalı iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının akt zalında baş tutan tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq, ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən bəhs edərək dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunndan danışıb.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev çıxış edərək, tədbir iştirakçılarını salamlayıb və ağsaqqal hərakatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsindən razı qaldığını bildirib.
Daha sonra İclasın aparılması üçün sədr və katib seçilərək gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri, gündəlikdə duran məsələlərin Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsi, Xəzər Rayon Ağsaqqallar Şurasına yeni sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Xəzər Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilmiş, Salahov Rövşən Ruhulla oğlu səsvermə yolu ilə yenidən Xəzər Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonra Xəzər Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri seçiliblər.
Qərar layihəsi oxunmuş və böyük səs çoxluğu ilə qəbul edilib.
Sonda çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov rayon Ağsaqqallar Şurasının yeni seçilən sədrini, idarə heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik etmişlər və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar