Xəzər rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Xəzər rayonunda “Azərbaycan son 18 ildə” adlı silsiləvi tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qala qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

23 dekabr 2021-ci il tarixində baş tutan aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak edib.

“Azərbaycan son 18 ildə” adlı silsiləvi tədbirlər çərçivəsində təşkil edilən aksiyada 500 ədəd müxlətif növ ağac əkilib, yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri aparılıb.

Teqlər: