Xəzər Rayon İcra Hakimiyyətində yeni yaradılan şöbəyə təyinat olub

Xəzər Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə yeni təyinat olub.

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Xəzər Rayon İcra Hakimiyyəti başçısının Aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır.

Yeni yaradılmış şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Cəbrayıl, Qubadlı, Füzuli və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş Həşimov Teymur Qulamhüseyn oğlu təyin edilib.


Həşimov Teymur Qulamhüseyn oğlu 9 may 1975-ci ildə anadan olub. Ali təhsillidir, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb. 29 iyun 1996-cı il tarixindən başlayaraq, 2 noyabr 2020-ci il tarixədək Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir.

Ehtiyatda olan polkovnikdir. Ailəlidir, iki övladı var.

Teqlər: