Növbəti il üçün Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran qara kürünün ixrac kvotasının müəyyən olunmaması barədə razılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu barədə qərar Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 6-cı toplantısında qəbul olunub.