Xəbər - Samir Əli – Trend:
Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı,Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb. AzerTimes-ın məlumatına görə, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.
T. Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.
Xatırladaq ki, T. Zeynalov ötən ayın əvvəllərində hüquq-mühafizə orqanları əməkdaşlarının Xəzər rayon İcra Hakimiyyətində keçirdikləri əməliyyat zamanı saxlanılıb.