Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb.
AzerTimes xəbər verir ki, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb.
Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir.
Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir. Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb.
Report-a ekoloqların verdiyi məlumata görə, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb.
Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir.
Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir.