Rusiya Xəzər əməkdaşlığını fəal şəkildə inkişaf etdirmək və dərinləşdirmək əzmindədir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Xəzər Günü ilə bağlı müraciətində qeyd edilib.
“Xəzər regionunun təhlükəsizliyini, sabitliyini və davamlı inkişafını təmin etmək üçün beşliyin birgə səyləri Avrasiyada, o cümlədən, bütün dünyada gedən proseslərə müsbət təsir göstərən mühüm amildir”, – məlumatda deyilir.