Xəzər dənizi ilə bağlı danışıqların məqsədi… – Rusiya XİN

Xəzər dənizi ilə bağlı danışıqların məqsədi… – Rusiya XİN

Xəzər dənizində birbaşa baza xətlərinin yaradılması haqqında sazişin bağlanması beş dənizyanı ölkə arasında danışıqların əsasını təşkil edir.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov Həştərxanda keçirilən Xəzər Media Forumunda bildirib.

Onun sözlərinə görə, bu, ölkələrə dövlət sərhədlərini və balıqçılıq zonalarını müəyyən etməyə imkan verəcək.

Petrakov deyib ki, birgə saziş mürəkkəb məsələdir, çünki bir neçə dövlətin milli maraqları kəsişir:

“Danışıqlar prosesinin təfərrüatlarını açıqlaya bilmərəm, lakin biz Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupu çərçivəsində bu məsələ ilə bağlı kifayət qədər irəliləyiş əldə edə bilmişik”.

Petrakov qeyd edib ki, Xəzər gənc regiondur, 1991-ci ildə bu strukturda yeni dövlətlərin yaranması ilə formalaşıb:

“Beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edir. 2018-ci ildə dövlətlər arasında qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edən ilk konvensiya imzalanıb.

Teqlər: