Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün nəhəng külək potensialına malikdir – Elnur Soltanov

Xəzər dənizi elektrik enerjisinin istehsalı üçün nəhəng külək
potensialına malikdir.

Trend-in məlumatına görə, bunu energetika
nazirinin müavini Elnur Soltanov deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin külək enerjisi potensialı
157 giqavatt həcmində qiymətləndirilir.

“Müqayisə üçün qeyd edim ki, Xəzər dəninin bərpa olunan enerji
mənbələri üzrə potensialı Azərbaycanın digər alternativ mənbələrdən
enerji potensialını dəfələrlə üstələyir. Xəzər dənizi külək enerji
potensialına görə dünyada ikinci yerdədir. Bu, onu bildirir ki,
Xəzər təkcə neft-qaz ehtiyatları ilə deyil, həm də alternativ
enerjisi ilə məşhurdur”, – deyə nazir müavini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: