Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini dayandırdı

Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini dayandırdı

Xəzər Boru Kəməri Konsorsiumu (CPC) aprelin 9-dan planlı işlərlə əlaqədar neft nəqlini dayandırıb.

AzerTimes xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.

“2024-cü ilin aprelin 9-da CPC Tengiz-Novorossiysk magistral neft kəmərinin obyektlərində texniki qulluğa və yeni avadanlıqların qoşulmasına başlayıb. Hazırda dəniz terminalında neftin yüklənməsi də dayandırılıb, onun bərpası aprelin 11-nə planlaşdırılır”, – məlumatda qeyd edilib.

CPC-nin məlumatına görə, neftin nəqlinin 72 saat ərzində dayandırılması ildə ən azı iki dəfə baş verir:

“Bununla bağlı qrafik əvvəlcədən bütün yükgöndərənlər, eləcə də Qazaxıstanın Energetika Nazirliyi ilə razılaşdırılıb”.

Teqlər: