Xeyrimli ilə bizi bir yol ayırır: hara mina döşəyək?

Xeyrimli ilə bizi bir yol ayırır: hara mina döşəyək?

Biz deyirik ki, səngər, bir-birinə qarşı duran silahlı insanlar olmasın, sərhədçilər olsun. Kirantsla Xeyrimli kəndini yalnız bir yol ayırır. Haranı qazıb, mina döşəmək olar?

AzerTimes xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Mülki Müqavilə” fraksiyasından olan deputat Vahe Qalumyan Qazax istiqamətində delimitasiyadan sonra ermənilərin yeni sərhədə mina döşənməsi barədə tələblərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Gürcüstana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçdiyi üçün yeni yol çəkilir.

Teqlər: