Xeyli adama borcu olan şəxsin çürümüş meyiti tapıldı

Xeyli adama borcu olan şəxsin çürümüş meyiti tapıldı

Beyləqanda asılmış vəziyyətdə 41 yaşlı çürümüş kişi meyiti tapılıb.

AzerTimes APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bolsulu qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Kəbirli kənd sakini Həsən Qənbər oğlu Qənbərlinin ciddi çürümə əlamətləri olan asılmış meyiti yardımçı tikilidə aşkar edilib.

İlkin məlumata görə, Həsən Qənbər oğlu Qənbərlinin bir çox adama borcu olub.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: