Xəyanətkar qüvvələrin dağıtmağa çalışdığı Azərbaycanı Heydər Əliyev xilas etdi – Əli Hüseynli (FOTO/VİDEO)

Bu gün Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Azərbaycan xalqı öz
xilaskarının doğum gününü dərin hörmət və ehtiramla qeyd edir.

Bu münasibətlə Trend BİA silsilə videomüsahibələr təşkil edib.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı
müstəsna xidmətlərindən bəhs edən müsahibləri gün ərzində təqdim
edəcəyik.

“Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə ona
tənəzzülə uğramış, çox ağır durumda olan ölkə miras qalmışdı. Həmin
dövrdə ölkəni idarə edən naşı, heç bir dövlətçilik təcrübəsi
olmayan, bəzi hallarda xəyanətkar qüvvələrin dağıtdığı Azərbaycanı
Heydər Əliyev xilas etdi. Bu baxımdan, ulu öndərin hakimiyyətə
gəlməsi müstəqillik tariximizdə müstəsna əhəmiyyətə malikdir”.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsində Milli Məclis sədrinin birinci müavini
Əli Hüseynli bildirib. Ə.Hüseynli ümummilli lider Heydər Əliyevin
Azərbaycanda dövlət quruculuğu, qanunvericlik bazasının
təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu
quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı və digər
sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışıb. “Ulu
öndərin qurub yaratdığı müasir Azərbaycan dövləti sonrakı illərdə
Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi,
ölkəmiz qüdrətləndi, hərtərəfli gücləndi və Vətən müharibəsi zamanı
biz düşmən üzərində tarixi qələbə qazanmaqla gücümüzü bütün dünyaya
göstərdik. Ulu öndərin vəsiyyəti Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Bu, hər bir
azərbaycanlı üçün fəxr, qürur mənbəyidir”, – deyə Əli Hüseynli
bildirib.

Videomüsahibəni təqdim edirik.

Teqlər: