Xətib İsraili təhdid etdi: Sarsıdıcı zərbələr alacaqsınız!

Xətib İsraili təhdid etdi: Sarsıdıcı zərbələr alacaqsınız!

İsrail daha ağır, möhkəm və sarsıdıcı zərbələr alacaq.

AzerTimes xəbər verir ki, bunu İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib Ərdəbil şəhərində keçirilən toplantıda deyib.

O, HƏMAS-ın İsrailə qarşı hücumunu “islam dünyası üçün böyük qələbə” adlandırıb:

“HƏMAS-ın hücumu nəticəsində İsrailin bölgə ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətindəki səyləri iflasa uğradı”.

Xətib digər İran rəsmiləri kimi bölgə ölkələrinin İsrail ilə münasibət qurmalarını tənqid edib, bunun yaxşı nəticələnməyəcəyini bildirib.

Teqlər: