Xəbər - Ceyhun Ələkbərov – Trend:
Xətai rayonu ərazisində parka axıdılan içməli su xəttindəki problem aradan qaldırılıb.
Bu barədə AzerTimes-a Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.
Onun sözlərinə görə, suyun parka axıdılmasının qarşısı alınıb:
“Park ərazisindən keçən çuqun su borusunun məyyən hissələrində çürümə baş verdiyindən suyun təzyiqi artanda həmin yerlərdə axıntılar baş verirdi. Ötən gün problem baş verən əraziyə “Azərsu” ASC və Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olundular və yaranan problem aradan qaldırıldı”.
P.İmanov qeyd edib ki, Naximov və Abilov küçələrini içməli su ilə təmin edən xətlərin yenilənməsi həyata keçiriləcək:
“Bunun üçün böyük layihə hazırlanır. Köhnə xətlərin hər biri yenilənəcək və buradakı su problemi həll olunacaq”.