16:39
Fövqəladə Hallar Nazirliyi Xətai rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Məlumatda qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub.