Xətai RİH-də qərargah yaradılıb – Səbəb qarlı hava

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Qarlı hava səbəbindən Xətai rayon İcra Hakimiyyətində qərargah yaradılıb.

Bunu AzerTimes-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, idarənin məsul şəxsləri müxtəlif ərazilərə təhkim olunublar:

“Havanın sərt keçməsi ilə bağlı artıq ötən gündən məlumat daxil olub və dərhal icra hakimiyyətində qərargah yaradılıb. Məsul işçilər ərazilərə cəlb olunublar və hazırda da fəaliyyətdədirlər. Gecədən yağan qar bəzi yerlərdə daha çox müşahidə olunub ki, onlardan biri də Xətai rayonudur. Rayon üzrə qabaqlayıcı tədbirlər görülüb, hələlik heç bir problem baş verməyib”.

Teqlər: