Xətai rayonunda yaşıllıq ərazi məhv edilərək tikinti aparılır? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Sosial şəbəkələrdə Xətai rayonunda yaşıllıq ərazinin məhv edilərək tikinti aparılacağı barədə məlumatlar yayılıb. Qeyd olunur ki, Heydər Əliyev parkının ətrafındakı yaşıllıq ərazi bu məqsədlə hasara alınıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, məlumatlar həqiqətə uyğun deyil.


“Həmin yaşıllıqların məhvindən söhbət gedə bilməz. Məqsəd həmin ərazidəki parkı genişləndirməkdir. Sakinlərin, uşaqların və qonaqların tam istirahəti və əylənməsi üçün bütün şərait yaradılacaq” – P.İmanov bildirib.

Teqlər: