Böyük Britaniya müttəfiqləri ilə Qəzza zolağında xəstəxanaya hücumla bağlı şəraiti müəyyən etmək üçün çalışacaq.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli X səhifəsində bildirib.
“Əhli-Ərəb Xəstəxanasının dağıdılması dəhşətli insan itkisidir. Böyük Britaniya açıq şəkildə bildirir: Mülki şəxslərin müdafiəsi hər şeydən öncə olmalıdır. Böyük Britaniya müttəfiqləri ilə birlikdə nə baş verdiyini anlamaq və Qəzzada günahsız mülki insanları qorumaq üçün çalışacaq”, – o yazıb.
Qeyd edək ki, İsrail ordusunun Qəzzada xəstəxanaya endirdiyi zərbə nəticəsində 800 nəfərin öldüyü bildirilir. Fələstin lideri Mahmud Abbas olayla bağlı 3 günlük matəm elan edib, eyni zamanda ABŞ lideri Co Baydenlə İordaniyadakı sammitdən imtina edib.
İsrail isə hücumda əli olmadığını, xəstəxanaya düşən raketi “İslami-Cihad”ın buraxdığını bildirib.