Dünən axşam anidən halım pisləşdi. Elə bildim ölürəm. Dərhal məni Kliniki Tibbi Mərkəzinin (“Semaşko”) təcili yadım bölməsinə yerləşdiriblər.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a şair Rüstəm Behrudi xəstəxanaya yerləşdirilməsi haqda danışarkən deyib.
O, gecəni reanimasiyada qaldığını bildirib:
“Gecə heç özümdə olmamışam. Məni gecə saat 01:00-da “Semaşko”nun reanimasiyasından tez “Avrasiya” Hospitala köçürüblər. İndi reanimasiyada yox, palatadayam. Əvvəl ürəyimdən şübhələndik. Amma bir məsələ də var ki, mən xərçəngdən əməliyyat olunmuşam. Birinci dedilər, onunla bağlı ola bilər, ya da zəhərlənmişəm. Lakin mən ürək ağrısı ilə xəstəxanaya gəlmişəm. Hazırda müalicəm davam etdirilir. Dəqiq diaqnozu mənə hələ demirlər”.