ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanada müalicəsini başa vurub.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
“Müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilmiş ABŞ-ın müdafiə naziri bir neçə gün sonra evə buraxılmışdı.
Ostinin prostat xərçəngindən müalicə aldığı bildirilir.