Xəstəxanaya İsrail hücum etməyib – Britaniya

Xəstəxanaya İsrail hücum etməyib – Britaniya

Britaniya hakimiyyəti Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumun arxasında İsrail hərbçilərinin olduğuna inanmır.

AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

Onun sözlərinə görə, bina anklavdan atılan raketlə vurulub:

“Mütəxəssislərimizin dərin biliyi və təhlili əsasında Britaniya hökuməti belə qənaətə gəlir ki, partlayış böyük ehtimalla Qəzza zolağından İsrailə doğru atılan raket və ya raketin bir hissəsi tərəfindən törədilib”.

Qeyd edək ki, 17 oktyabrda “Əl-Əhli” xəstəxanasına endirilən raket zərbəsi nəticəsində yüzlərlə insan ölüb.

Teqlər: