Sabirabad rayonunda xəstəxanaya aparılan hamilə qadın yolda keçinib.
AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, rayonun Bala Həşimxanlı kənd sakini, 1996-cı il təvəllüdlü Qızqayıt Sərraf qızı Məstalıyeva xəstəxanaya aparılarkən qıcolmadan yolda dünyasını dəyişib.
Qadının hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.