Xəbər - Samir Əli – Trend:
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə rayon ərazisində yerləşən
hospitalların birində orada işləyən qadının çantasından kosmetik
əşyalarının və bank kartının oğurlanması, həmçinin kartından 1316
manat pulunun çıxarılaraq mənimsənilməsi barədə müraciət daxil
olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, polis
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
oğurluğu törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini, əvvəllər
dəfələrlə məhkum olunmuş E.Fərzəliyev müəyyən edilərək saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən digər
bir hospitalda həkimlərdən birinin içərisində pulu, mobil telefonu
və pulqabısı olan çantasını dolabdan oğurlaması da müəyyən
edilib.
Araşdırma aparılır.