Xəbər - Çingiz Səfərli – Trend:
Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan koronavirus xəstələrinin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli deyib. Onun sözlərinə görə, günlərlə evdə müalicə alan, “soyuqdəymədir” deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr artıq gecikmiş halda xəstəxanalara müraciət edirlər:
“Ən çoxda evdə müalicə zamanı edilən yanlış odur ki, müəyyən analizlər, qan dəyərləri yoxlanılmadan edilən ümümiləşdirilmiş müalicələr. Ağırlaşan xəstələrin qəbul şöbədə vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir”.
Baş reanimatoloq bildirib ki, COVID-19 virusunun nəinki bizim ölkədə bütün dünyada hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur:
“Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur. Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Orqanizmin immun sistemi bu xəstəlikdə çox böyük rola malikdir. Zəif immun sisteminə malik orqanizmdə əlbəttə ki, virusun inkişafı da olduqca sürətli baş verir”.
Twitter:@cingizsafarli