Xəstəxanalarda həkimlərin çantasını oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Nəsimi
Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan
Rəşad Bağırov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1
kiloqrama yaxın narkotik vasitə olan heroin, metamfetamin və
elektron tərəzi aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxs xaricdə
yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə
yaradaraq onların ölkə ərazisinə müxtəlif qanunsuz yollarla
göndərdikləri narkotikləri satmaq məqsədi ilə qəbul edib.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə rayon
ərazisində yerləşən özəl tibb müəssisələrindən oğurluqlar edən
əvvəllər məhkum olunmuş Elnur Fərzəliyev saxlanılıb. Araşdırma
zamanı onun klinikalarda çalışan həkimlərin içərisində pul,
qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər
aksesuarlar olan çantalarını oğurladığı sübuta yetirilib. Elnur
Fərzəliyevin zərərçəkənlərə 2 min manatdan artıq maddi ziyan
vurduğu müəyyən edilib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan
materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hər iki
şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəşad Bağırov və Elnur Fərzəliyevin digər analoi cinayətlər
törətməsi istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng
Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
məlumat verə bilərlər.

Teqlər: