Pele hələ müalicə alır, vəziyyəti stabil olaraq qalır.
AzerTimes xəbər verir ki, bu barədə Pelenin müalicə aldığı San-Paulodakı Albert Eynşteyn xəstəxanasından bildirilib.
“Pele respirator infeksiyası müalicəsinə yaxşı reaksiya verir. Son 24 saatda vəziyyəti dəyişməyib”, – xəstəxanadan bildirilib.
Qeyd edək ki, bədəni artıq bağırsaq xərçəngi ilə mübarizə aparmaq üçün kemoterapiyaya cavab vermədiyi üçün üçqat dünya çempionu palliativ baxım şöbəsinə köçürülmüşdü.