Psixiatrik xəstəxanada müalicə alaraq evlərinə qayıdan şəxs əmisini ona dəli dediyinə görə bıçaqlayıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, S.S. Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Saatlı rayonuna qayıdıb.
Əmisi Cəmaləddin Səmədov ona dəli deyib. Bu zaman S.S. əsəbiləşərək cibində olan bıçaqla əmisinin bədən nahiyyəsinə iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.
Faktla bağlı cinayət işi başlanılıb.