Xəstəxanada maska taxmayan qeydiyyatçılar məsuliyyətə cəlb olunub

Sumqayıt şəhər 3 saylı poliklinikada tibbi maskadan istifadə etməyən qeydiyyatçılar inzibati məsuliyyətə cəlb olunublar.

AzerTimes-ın məlumatına görə, məsələ ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntüdə əks olunan şəxslərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməyən şəxslər barəsində protokollar tərtib olunaraq cərimə olunublar.

Eləcə də poliklinika rəhbərliyi həmin şəxslərə “töhmət” elan edib.


Məlumatı DİN Mətbuat Xidmətindən AzerTimes-a təsdiqləyiblər.

Teqlər: