Qobustan Rayon Mərkəzi Xəstəxanasında 7 yaşlı uşağın əməliyyatdan öncə ölümü ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, fevralın 13-də 2016-cı il təvəllüdlü Yağmur Məmmədovanın Qobustan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan öncə ölməsi faktı ilə bağlı Qobustan Prokurorluğunda araşdırma aparılır.