Xəstəxana direktoru haqda həbs qərarı dəyişdirildi

Xəstəxana direktoru haqda həbs qərarı dəyişdirildi

Bir müddət öncə həbs olunan Mingəçevir “Anadolu Hospital”ın rəhbəri Alpər Ceylan və müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə yeni qərar çıxarılıb.

AzerTimes xəbər verir ki, Alpər Ceylan həbsdən azad edilərək polis nəzarətinə götürülüb, müavini Kərim Nadirov isə ev dustaqllğına buraxılıb.

Məlum olduğu kimi, özəl tibb müəssisəsinin rəhbəri işə qəbul etdikləri əməkdaşlardan depozit qismində müəyyən məbləğin alınmasında və buna rəğmən onlara aylar keçməsinə rəğmən əmək haqqı ödənilməsini təmin etməməkdə, müavini Kərim Nadirov isə alınan depozitlərin bir qisminin qeydə alınmamasında və digər nöqsanlarda şübhəli və təqsirli bilinir.

Qeyd edək ki, haqqında çıxarılan ilkin qərarla bağlı Aypər Ceylan apelyasiya şikayəti verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qeyd olunan faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə – təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Teqlər: