Xəstəxana dəhşəti: İsrail məlumatları ABŞ-a ötürdü

Xəstəxana dəhşəti: İsrail məlumatları ABŞ-a ötürdü

İsrail Qəzza zolağının mərkəzindəki Əl-Əhli xəstəxanasında baş verən partlayışla bağlı topladığı kəşfiyyat məlumatlarını ABŞ-a təqdim edib.

AzerTimes xəbər verir ki, bu barədə “Kan Hadaşot” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Qəzzada ələ keçirilən danışıqların yazıları və müxtəlif vasitələrlə toplanmış digər məlumatlar da ABŞ-a ötürülüb.

Qeyd edək ki, oktyabrın 17-də İsrail ordusunun Qəzza zolağında xəstəxanaya hücumu nəticəsində ölənlərin sayı artıq 800 nəfəri keçib.

İsrail isə hücumda əli olmadığını, xəstəxanaya düşən raketi “İslami-Cihad”ın buraxdığını bildirib.

Teqlər: