Rusiyanın Ural Federal Dairəsinin baş profilaktoloqu, pediatr, tibb elmləri doktoru Sergey Tokarev bildirib ki, COVID-19-un “omikron” ştammına yoluxan xəstələrdə koronavirusun simptomlarından biri olan əzələ ağrıları (mialgiya) sağalandan sonra 1 ilə qədər davam edə bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə URA.RU portalı xəbər verib.
S.Tokarev bildirib ki, mialgiya əzələ ağrısıdır, “omikron”la əlaqəli infeksiyanın simptomlarından biridir:
“Bununla belə, mialgiya artıq koronavirus infeksiyasini keçirmiş bir xəstəni də narahat edə bilər. Postkovid sindroma mialgiya, əzələ zəifliyi, yorğunluq və asteniya, yuxusuzluq, yaddaş və diqqət pozğunluğu, dad və qoxu hisslərinin pozulması daxil ola bilər və bu şikayətlər uzun müddət (bir neçə həftədən bir ilə qədər) davam edir”.
Moskva Şəhər Elmi Terapevtlər Cəmiyyəti İdarə Heyətinin sədri Pavel Vorobyev eyni fikri söyləyib:
“Mialgiya bir simptomdur. Bu, əzələ ağrılarıdır. Bu ağrılar koronavirusun bütün variantlarında olub. Bu, adətən xəstəlikdən sağalandan sonra keçir. Lakin mialgiya postkovid sindromu zamanı da ola bilər”.