Xəstələrin bir qismi dərmanlardan düzgün istifadə etmir – TƏBİB

Xəbər - Humay Ağacanova – Trend:

Xəstələrin bir qismi dərman vasitələrini düzgün qayda da istifadə etmir.

Trend-in məlumatına görə, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

O qeyd edib ki, antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır.

“Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır. Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Xəstələrin bir qismi isə dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”,- deyə o bildirib.

Teqlər: