Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xerson şəhərində partlayışlar baş verib.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Xerson hərbi administrasiyasının rəhbəri Roman Mroçko bildirib.
“Şəhərin mərkəzində bir neçə partlayış baş verib”, – o bildirib. Lakin partlayışların təfərrüatı barədə danışmayıb.
Məlumata görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilməyib.