Xerson vilayətinin işğal olunmuş hissəsində ruslar martın əvvəlindən Rusiya pasportu olmayan bütün yerli sakinləri qovmaqla hədələyirlər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya qoşunları polislə birlikdə keçid məntəqələrində yoxlamaları gücləndirib.