Rusiya hərbçiləri Xerson vilayətində ukraynalı diversantı zərərsizləşdirib.
AzerTimes verir ki, bu barədə vilayət qubernatorunun mətbuat katibi Vladimir Vasilenko bildirib.
“Ukraynalı diversantlar Qolopristanski rayonundakı Tendra çuxuruna enməyə cəhd edərkən məhv edilib”, – məlumatda deyilib.
Qeyd edək ki, Tendra Qara dənizin şimal-qərb sahili yaxınlığında yerləşən adadır. Xerson vilayətinə aiddir.