Xersonda Ukrayna ordusuna yardım edən rusiyalı saxlanıldı

Xersonda Ukrayna ordusuna yardım edən rusiyalı saxlanıldı

Xerson vilayətində zirehli texnika və sursat almaq üçün Ukrayna qüvvələrinə pul köçürən Rusiya vətəndaşı saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya FTX-si məlumat yayıb.

“Federal Təhlükəsizlik Xidməti ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətində Ukrayna qüvvələrinə maliyyə yardımı göstərən Rusiya vətəndaşının qanunsuz fəaliyyətini dayandırıb”, – qeyd olunub.

Müəyyən edilib ki, saxlanılan şəxs Ukrayna qüvvələri üçün zirehli texnika, döyüş sursatı, avadanlıq və dərman preparatlarının alınması üçün şəxsi vəsait köçürüb. Saxlanılan şəxs Ukrayna qoşunlarının ehtiyacları üçün pul köçürdüyünü etiraf edib.

Teqlər: