Xerson vilayətində Rusiyaya məxsus Su-25 hücum təyyarəsi məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Cənub Hava Komandanlığı məlumat yayıb.
“Oktyabrın 3-də günorta saatlarında Rusiyanın Su-25 hücum təyyarəsi Xerson vilayətinin Berislav rayonunda Cənub Hava Komandanlığının “Xerson” briqadasının bölməsi tərəfindən vurulub”, – məlumatda qeyd olunub.