Xerson şəhərinin mərkəzində partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, küçədə dirəyə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Ukrayna mənbələrinin məlumatına görə, partlayışı partizanlar törədib. Onların hədəfinin yerli istintaq təcridxanasının rəhbəri olduğu bildirilib.