Rus hərbçiləri təkcə torpaq və məhsulları deyil, yeni doğulmuş uşaqları da oğurlayır. Onlar müvəqqəti işğal olunmuş Xersonda fevralın 24-dən sonra doğulan uşaqlara Rusiya vətəndaşlığı verilməsini istəyirlər.
AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
“Fevralın 24-dən sonra Xerson vilayətinin ərazisində doğulan uşaqlar avtomatik olaraq Rusiyanın vətəndaşlığını alacaqlar”, – məlumatda deyilir.
Qeyd olunur ki, Rusiya pasportları ukraynalı yetimlərə də paylanacaq.