Xersonda ər və arvad rusların verdiyi 40 min rubl dəyərindəki pensiyanı qrivnaya çevirərək Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürüblər.
AzerTimes xəbər verir ki, bunu Xerson Vilayət Şurasının sədr müavini Yuri Sobolevski deyib.
“Cütlük düşünmədən pulu hara xərcləyəcəklərinə qərar verib. İşğal altında olan Xersonda həyatın bütün çətinliklərinə baxmayaraq, rublu qrivnaya dəyişdirib, öz banklarına yatırıb, sonra məbləği Ukrayna Silahlı Qüvvələrinə köçürüblər. Xerson belə vətənpərvərlər üzərində qurulub. İşğaldan azad olunandan sonra biz bu cəsur və fədakar insanların adlarını mütləq çəkəcəyik”, – Sobolevski bildirib.