Bu günə olan məlumata görə, Xerson istiqamətində 1170 kv.km ərazi işğaldan azad olunub.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.
“Daxil olduğumuz yaşayış məntəqələrində işğalçılar tərəfindən qoyulan “sürprizlər” çox olduğu üçün ərazilərdə möhkəmlənmək, onların təmizlənməsi, sabitləşdirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər davam edir”, – Qumenyuk bildirib.